Cümə , 19 Aprel 2024
Drone Cameras

İSBAM sədri Samir Adıgözəlli xalqımızı bayram münasibəti ilə təbrik edib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli xalqımıza təbrik ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə İSBAM sədri Samir Adıgözəlli xalqımıza təbrik mətni ünvanlayıb.

Əziz Həmvətənlər!


Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram .


30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın azad olunmasından sonra ölkəmiz gələcəyi parlaq böyük bir dövrə qədəm qoymuşdur.


Bizə Qarabağ Zəfərini qazandıran əziz SƏHİDLƏRİMİZİ yad edir, Qazilərimizə minnətdarlığımı bildirir, Müzəffər ordumuzun Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevə hörmət və ehtiramımı çatdırıram.


2022 -ci ilin Dövlətimiz Vətənimiz üçün xeyirli olmasını uca Tanrıdan diləyərək milli həmrəyliyimizin daimiliyi uğrunda hər bir azərbaycanlıya uğurlar arzulayıram.


Əziz həmvətənlər, dostlar! Yeni ildə, Sizə can sağlığı, rifah milli birlik və xoşbəxtlik arzu edirəm.

Hörmətlə Samir Adıgözəlli,

İSBAM sədri,

Boyukmillet.com-un baş redaktoru.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …