Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İSBAM sədri Xarkov və Sumi vilayətlərinin rəsmiləri ilə görüşüb

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) nümayəndə heyyətinin Ukraynaya səfərə başlayıb.


Böyükmillet.com xəbər verir ki, Xarkov və Sumi vilayətlərinin administrasiya rəhbərləri ilə, hər iki şəhərin meri ilə, deputatlar sovetinin sədri və bir neçə deputatlarla görüşlər keçirilib.


Samir Adıgözəlli Xarkov şəhərinin meri İqor Aleksandrovic Terexov, Xarkov Vilayəti Administrasiyasinin rəhbəri Skakun Aleksandr Evqeniyevic, “Ukrayna Bölgə və Regional Şuralar Birliyi” Ümumukrayna Yerli Özünüidarə Qurumları Birliyinin prezidenti Sergey İvanoviç Çernov, Sumi vilayetinin qubernatoru Vasiliy Vasiliyovic Xoma və Sumi seherinin meri Aleksandr Mikolayevic Lisinko ilə görüşüb.


Qeyd edək ki, keçirilən görüşlərdə Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsolu Əfqan Salmanov da iştirak etmişdi.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …