Cümə , 19 Aprel 2024
Drone Cameras

İSBAM Şamaxıda görüşlər keçirib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) idarə heyətinin bir qrup üzvü Şamaxı şəhərində səfərdə olub.

Boyukmillet.com xəbər verir ki, səfər zamanı İSBAM rəhbərliyi ağsaqqallar şurası, veteranlar şurası, Şamaxıda yerləşən Heydər Əliyev mərkəzində, Həmkarlar İttifaqında və Şamaxı şəhər mərkəzi xəstəxanasında görüşlər keçirmişdi.

Görüşlərdə hərbi vətənpərvərlik hissinin təbliği istiqamətində görülən işlər və gənclər arasında Azərbaycançılıq dəyərlərinin daha geniş yayılması istiqamətində fikir mübadilələri aparılmışdı.

Görüşlərdə İSBAM sədri Samir Adıgözəlli, qurumun idarə heyətində təmsil olunan, Yasəmən Möhübbətqızı, Həmid Cəfərov, Samir Şahverdiyev və İSBAM fəalları Şahin Həsənov, Mirağa Qafarov iştirak ediblər.

Qeyd edək ki, görüşlərdə Boyukmillet.com saytımızın redaktoru Sima Babayeva da iştirak edib.

Ayna Fərhad

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …