Cümə , 26 Aprel 2024
Drone Cameras

İSBAM və Türkiyəli qonaqlar Şəhidlər Xiyabanını ziyarət etdi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri və Dünya Azərbaycanlıları Konqresi (DAK) İcra Aparatının rəhbəri Samir Adigozelli İSBAM-ın dəvəti ilə Türkiyədən gəlmiş nümayəndə heyətinin üzvüləri ilə birgə 20 yanvar faciəsinin 33-cü il dönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.

Boyukmillet.com xəbər verir ki, Şəhidlər Xiyabanı Türkiyədən dəvət olunmuş qonaqlar Asimder Doğu və Güney Doğu Anadolu Bölgə sədri İrfan Ərmiş, Asimder Yönetim qurumunun üzvüləri Mete ÇakıHüseyinAli Yücel tərəfindən ziyarət edilib.

Qeyd edək ki, Şəhidləri Xiyabanını ziyarət edən DAK rəsmisi deyib: “Şəhidlərimizin əziz xatirəsini yad edərək , ailələrinə və millətimizə başsağlığı verirəm.
Tanrı dövlətimizi, bayrağımızı daim və uca etsin! Türkiyədən gələn qonaqlarımızla ilk ziyarətimiz Şəhidlər Xiyabanı oldu.
Ruhları şad olsun”.

Check Also

COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbər heyəti Almaniyanın paytaxtı …