Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

“İşdən çıxarılmış neftçilər iş yerlərinə qaytarılmalıdır” – Sabir Rüstəmxanlıdan xarici şirkətə sərt etiraz

Vətəndaş Həmrəyliyi Partiyasının lideri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı təmsil etdiyi Neftçala rayonunda fəaliyyət göstərən, neftçıxarma şirkəti olan Qlobal Enerji Şirkətinin 30 nəfər neftçini ixtisara salmasına etiraz edib.

VHP.az bildirir ki, deputat bildirib ki, rayonda 30 nəfər neftçinin işsiz qalması onu ciddi narahat edir: “Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da Neftçalada fəaliyyət göstərən Qlobal Enerji Şirkəti 30 nəfər neftçini ixtisara salıb. Bəhanə neftın ucuzlaşması və şirkətin maliyyə durumunun ağırlığıdır… Neftçilər bir çox təşkilatlara müraciət etsələr də məsələ həll edilməyib. Bu barədə mən Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi. “Özəl şirkətdir, işlərinə qarışa bilmirik.” dedi. Halbuki, bu şirkət Azərbaycan ərazisində Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməlidir.
İndiki şəraitdə 30 nəfər ailə başçısını işsiz qoymaq və hər cür sosial yardımdan kənarda saxlamaq olmaz! Bunun qarşısı alınmalı, neftçilər öz iş yerlərinə qaytarılmalıdırlar”.

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …