Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko ilə görüşüb.

Görüşdə çıxış edən Fərid Şahbazlı nazir müavininə Azərbaycandakı uğurlu dövlət gənclər siyasəti modeli haqqında məlumat verib.

Ukraynanın gənclər təşkilatları ilə əməkdaşlıq, ortaq toplantıların keçirilməsi, beynəlxalq platformalarda birgə fəaliyyət haqqında müzakirələr aparılıb.

Fərid Şahbazlı bildirib ki, Azərbaycan dövlətinin böyük dəstəyi ilə Ukrayna gənclər təşkilatları ilə Bakıda görüş təşkil ediləcək.

Nazir müavini Marina Popatenko isə çıxışında Azərbaycanın həyata keçirdiyi dövlət gənclər siyasətini diqqətlə izlədiklərini və Ukraynanın gənclər təşkilatlarının Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqda olduqca maraqlı olduğunu qeyd edib. Bildirib ki, indiki şərtlərdə gənclərin üzərinə daha böyük vəzifələr düşür.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …