Cümə , 26 Aprel 2024
Drone Cameras

İsmayıl Ağayev: “Türkiyəyə toxunmaq olmaz”

Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev Böyük Millət qəzetinə geniş müsahibə verib.

Müsahibənin birinci hissəsini təqdim edirik:

Sizi salamlayıram, xoş gəlmisiniz. İstərdim keçid alaq birbaşa mövzumuza. İsmayıl müəllim, bu yaxınlarda Azərbaycan və türk dünyası əlamətdar, tarixi gün yaşadı. Azərbaycan üçün həm siyası, həm də stareji  baxımdan böyük əhəmiyyətə malik olan  Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı olub. Artıq bir neçə gündən sonra ,yəni noyabr ayının 21 –də bu lahiyə tikintisinin təməlqoyma  mərasiminin on illiyini qeyd edəcəyik. Məhz 2007-ci il noyabrın 21-də Gürcüstanda  Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təməli qoyulub. Ulu  Öndərin əməyi, siyasi arszusunu gerçəkləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra  cənab prezident İlham Əliyev tərəfindən əsası qoyulan  Bakı-Tbilisi-Qars  dəmiryolu Azərbaycan iqtisadiyyatını daha da genişləndirəcək. Bu dəmiryolu Azərbaycan iqtisadi-siyasi həyatında nə kimi önəmli rola malikdir və lahiyənin ölkəmizin gələcək iqtisadi  perspektivləri üçün nə kimi yeniliklər gözlənilir?

İlk öncə mən də sizi salamlayıram. Bildirmək istəyirəm ki, Azərbaycanın və Türkiyənin tarixində Bakı-Tbilisi-qars dəmiryol xəttinin böyük bir lahiyə olması danılmazdır, ancaq ona qədər də Azərbaycan və Türkiyə arasında  o qədər böyük bir tarixi hadisələr, o qədər böyük tarixi gəlişmələr olmuşdur ki, Bakı-Tbilisi-Qars onların yanında hətta kiçik bir məsələ kimi görsənə bilər. İlk növbədə Azərbaycanın olum və ölüm savaşında Türkiyənin Azərbaycanın yanında olması, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanı işğaldan azad etməsi və bütövlükdə Azərbaycan dövlətinin qurulması, azərbaycançılıq məfkürəsinin yaşanması bir mənalı şəkildə daha böyük bir faktdır. Bundan əlavə Çanaqqala savaşında və Türkiyənin ölüm-dirim məsələlərində Azərbaycan aydınlarının, ziyalılarının və o cümlədən Azərbaycan vətəndaşlarının Çanaqqalada şəhid olması,Türkiyənin bütövlüyü uğrunda Nəriman Nərimanovun rəhbərliyi altında böyük bir petrol yardımının göndərilməsi və o savaşa böyük dəstək verilməsi bu da ən böyük faktorlardan biridir. Ondan sonra Türkiyənin və məhz  Ulu Öndərin təşəbbüsü ilə baxmayaraq ki, xarici qüvvələrin, bəzi qonşularımızın  təzyiqi nəticəsinə Bakı-Tblisi-Ceyhan neft kəmərinin Türkiyədən keçməsi də tarixi faktdır. Və nəhayət, Bakı-Tbilisi-Qars dəmiryol xətti.

Bakı-Tbilisi-Qars dəmiryol xətti tarixi bir hadisədir. Azərbaycan üçün önəmlidir. Azərbaycanın müstəqil siyasət yeritməsi, Azərbaycanın iqtisadi sferada və dünya dövlətləri arasında  aparılan balanslı siyasətinin bir nəticəsidir. Bundan əlavə bu lahiyə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının bir mənalı şəkildə öz şəxsi təşəbbüsü  ilə və əsas xətt  olaraq bu təşəbbüsün daşıyıcısı və müdafiəçisi kimi meydana gəldi. Siz bilirsiniz ki, dəmiryol xəttinin sonradan Naxçıvana qədər uzanması gündəmdədir. Həm İran, həm də Ermənistan üzərindən asılılığımız vətəndaşlarımız üçün azalacaqdır. Bu vətəndaşlarımıza həm maddi yöndən, həm də maneəsiz gediş-gəlişlərinə əlverişli imkan yaradacaqdır.  Ümumiyyətlə, Azərbaycan bu kimi lahiyələrlə dünya dövlətləri arasında Avropa-Asiyanı birləşdirən böyük bir yolun daşıyıcısına çevriləçəkdir. Azərbaycan iqtisadiyyatına gəlirli bir lahiyədir və düşünürəm ki, bu lahiyə Azərbaycan xalqının firəvanlığı, Azərbaycan xalqının gücü və Türkiyə-Azərbaycan qardaşlığının bariz bir nümunəsidir.

Bayaq qeyd etdiyiniz kimi gələcək proyektlərdən biri də Naxçıvana da dəmiryol xəttinin çəkilməsi ilə bağlıdır.  Bildiyimiz kimi SSRİ dövründə də dəmiryol xətti olub.Məsələn, Naxçıvana sərbəst gedib gəlmək mümkün idi. Bu mənfür düşmənlərin torpaqlarımıza əl uzatması,torpaq iddiası nəticəsində bizim artıq bundan isitifadə edə bilməməyimizə gətirib çıxartmışdır. Məhz bu lahiyənin geosiyasi əhəmiyyəti nədən ibarətdir?

Mən sizə bir şey deyim, ümumiyyətlə geosiyası əhəmiyyətə gəldikdə siz dediniz ki, Qars müqaviləsi ilə bağlı Naxçıvana hansısa bir həmlənin olmasında Türkiyənin hərəkətə keçməsi zəruriyyəti meydana gəlir. O zaman Atatürkün uzaqgörənliyi Dilucu gömrük ərazilərinin on kilometrə yaxın hissələrin İran ərazilərindən, Şahdan qizil pul ilə alınması və bu gün Naxçıvanın Azərbaycanın tərkibində müstəqil muxtariyyətdə yaşaması ermənilərin təcavüzündən qorunmasına gətirib çıxartdı. Sözün həqiqi mənasında əgər o zamanlar Ulu Öndər və Naxçıvan xalqının birgə mübarizəsi, birgə fəaliyyəti  olmasaydı, biz Naxçıvanı da çoxdan itirə bilərdik. Geosiyasi, ümumi iqtisadi məsələlərə gəlincə, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilməsi bu bir daha Azərbaycanın müstəqil siyasət yeritməsinin bariz nümunəsi oldu.Və təbii ki, daşınan yüklərin Azərbaycan iqtisadiyyatı üçün gətirdiyi gəlirlər ölkə iqtisadiyyatının dəstəkləyicisinə çevriləcəkdir.

Cənab Prezidentin yürütdüyü xarici və daxili siyasəti nəticəsində Azərbaycan dünya ölkələri sırasında öz sözünü demiş ölkəyə çevrilmişdir. Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri ,eləcə də Türkiyə-Azərbaycan münasibətlərinin, dostluğunun, xarici ölkələrdə daim Azərbaycanın və ölkə rəhbərinin siyasi maraqlarının müdafiəçisi kimi, eyni zamanda Diaspor rəhbəri olaraq  Azərbaycan-Türkiyə dostluğunda və iqtisadi birliyində bu qədər yaxınlaşma dünya xalqlarına dostluq-qardaşlıq  nümunəsi olaraq mesaj verirmi?

Azərbaycan-Türkiyə münasibətləri analoqu olmayan bir münasibətdir.Belə bir model bəlkə də dünyada heç bir dövlətlərdə yoxdur. Heç bir dövlət başçıları, heç bir dəmiryol və hava xətləri insanların biri-birinə olan münasibətini Türkiyə-Azərbaycan münasibəti qədər yaxşılaşdıra bilməz. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.Ölkədə müxtəlif siyasi dəyişiklik yaxud yerdəyişmə ola bilər,lakin qardaşlıq ,dostluq,rifahnaminə eyni cəbhədə vuruşmaq amalı heç zaman dönməz və dəyişməzdir. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla ilə Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir. Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bu ideyanın həyata keçirilməsi üçün Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü 2002-ci il aprelin 29-30-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Türkiyənin Trabzon şəhərində keçirilən Zirvə görüşündə reallaşdı. Görüşün nəticəsi olaraq 3 dövlət arasında “Terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik, psixotrop maddələrin qaçaqmalçılığı, silah, insan alveri və digər mühüm cinayətlərlə mübarizə haqqında müqavilə” imzalandı. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərfli inteqrasiyası istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını bildirərək qeyd edib ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”.

Türkiyəyə toxunmaq olmaz ,ona dəymək olmaz o bizim canımızıdır,qanımızdır.Belə desək, böyük qardaşımızdır.

 

ardı var…

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir