İSMAYILLI RAYONU DAHA ÇOX TURİST QƏBUL EDƏ BİLƏRDİ-ƏGƏR MAGİSTRAL YOLLARI BƏRBAD OLMASAYDI.
İsmayıllı rayonundakı yol problemini qabartmaqda məqsədimiz o deyil ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin “9” saylı İsmayıllı Yol İstismarı MMC-nin rəhbəri Rəşad Kərimova bu problemi həll etmək üçün pul ayrılsın. Sakinlərin dili ilə desək, ayrılan pula yenə də, yamaq vuraraq, öz işlərini başa çatmış hesab edəcəklər. Biz kiminsə varlanmasına xidmət etmirik, əksinə problemin köklü həllinə çalışırıq. Bəlkə elə Rəşad Kərimovun doğulduğu rayon olmadığı üçün və burada müvəqqəti işlədiyinə görə ismayıllının yollarına ürəyi yanmır?!
İsmayıllı rayonu gözəl təbiəti, hüsnkar gözəlliyi ilə adamı valeh edən, paytaxta ən yaxın olan rayonlardandır. Əslində bu rayonun əhalisi yerli və xarici turistlərin hesabına digər bölgələrimizdən daha yaxşı yaşaya bilərdi, əgər yolları bərbad olmasaydı. Yolların bərbad olmasında hamının günahı va, “Yağışın”, “Qarın” və başqa yağıntılar daha çox günahkardır. Məgər onlar bilmirlər ki, bəzi yol idarələri pulları yalnız yamaq salmaqla silirlər?! Bu belədir, istəsək də, istəməsək də, odur ki, sadə camaat da, pul qazanmaq istəyən otel, kirayə verən ev sahibləri də, yolların bərbad olmasıyla bağlı açıq-aşkar aidiyyati orqanlara şikayət etməlidirlər. Yoxsa mətbuata gizlin deməklə problem öz həllini tapan deyildir.
Bu gün danılmaz faktır ki, yolları bərbad və yamaqlı olan İsmayıllı rayonu, turistlərin ən çox gəldiyi rayonlardandır. Yol mədəniyyətdir deyiblər, ismayıllıların burada heç bir günahı yoxdur ki, rayonlarının yolları başqa rayondan gələnlərin əlindədir. Belə ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin “9” saylı İsmayıllı Yol İstismarı MMC-nin rəhbəri Rəşad Kərimovun dırnaqarası səriştəsi üzündən İsmayıllı yolları daha çox yamaqlı və bərbad olması ilə digər rayon yollarından seçilir. Hansı yoldan ki, Cənab Prezident keçə bilər, həmin yollara yamaq vurulub. Hansı yollardan əmindirlər ki, Prezident keçməyəcək, həmin yollar tamamilə bərbaddır. İsmayıllıda olduğumuz bir gün ərzində, şəhərin mərkəzi küçələri ilə kəsişən digər küçələri gəzdik. Çox acınacaqlı bir mənzərəylə rastlaşdıq. Görünür bu rayonda göz qabağında olan nə vardırsa oraları təmir edir, abadlaşdırırlar. Şəhərin tam mərkəzində, arxa küçə olduğuna görə biabırçı vəziyyətlə rastlaşdıq. Küçə keçilməz vəziyyətdəydi, yağışdan sonra olduğu üçün yer-göy palçıq idi.
PS: İsmayıllı rayonundakı yol problemini qabartmaqda məqsədimiz o deyil ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin “9” saylı İsmayıllı Yol İstismarı MMC-nin rəhbəri Rəşad Kərimova bu problemi həll etmək üçün pul ayrılsın. Sakinlərin dili ilə desək, ayrılan pula yenə də, yamaq vuraraq, öz işlərini başa çatmış hesab edəcəklər. Biz kiminsə varlanmasına xidmət etmirik, əksinə problemin köklü həllinə çalışırıq. Bəlkə elə Rəşad Kərimovun doğulduğu rayon olmadığı üçün və burada müvəqqəti işlədiyinə görə ismayıllının yollarına ürəyi yanmır?!
Əlmaniz Ələkbərli
Baş redaktor.