İsrailin Baş nazirinin administrasiya rəhbəri Tsaxi Braverman saxlanılıb və ağır cinayətlərin araşdırılması üzrə polis şöbəsinə aparılıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd olunub ki, o, xarici KİV-lərə məxfi məlumatların sızdırılması ilə bağlı aparılan istintaq çərçivəsində şübhəli şəxs qismində dindirilib.
“Bu gün səhər “Lahav 433″ xüsusi bölməsinin əməkdaşları Baş nazirin dəftərxanasından yüksək vəzifəli məmuru istintaqa maneə törətməkdə şübhəli bilərək saxlayıblar”, – polisin bəyanatında deyilir.
Artıq şöbənin əməkdaşları Bravermanın evində axtarış aparıblar.
Daha sonra müxalifət lideri Yair Lapid Bravermanın Böyük Britaniyada İsrail səfiri təyin edilməsinin dayandırılmasına çağırıb. Lakin İsrailin XİN rəhbəri Gideon Saar bu çağırışı rədd edərək, Baş nazirin ofis rəhbərinin qanuni şəkildə Birləşmiş Krallıqda İsrail səfiri vəzifəsinə təyin edildiyini qeyd edib. Məlumata görə, onun təyinatı bütün lazımi mərhələlərdən keçib.
“Araşdırmanın Bravermanın təyinatını ləğv etmək və ya onu vəzifəsindən kənarlaşdırmaq üçün əsas olmadığını düşünürəm”, – Saar vurğulayıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
