Cümə , 11 Aprel 2025
Drone Cameras

İsrail HƏMAS-ın yeni rəhbərini də məhv etmək niyyətindədir

İsrailin Müdafiə Qüvvələri HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı məhv etmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

O, Sinvarın yeni rütbə aldığını xatırladıb: “Rütbəsinin dəyişdirilməsi onun arxasınca getməyimizə mane olmayacaq. Bu, bizi motivasiya edir.

Yəhya Sinvarı tapmaq üçün səy göstərəcəyik ki, o, hədəfə çevrilsin və onlar (HƏMAS – Qeyd) yenidən Siyasi Büronun rəhbərini dəyişsinlər.

Bütövlükdə son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirmişik. Ən problemli düşmənlərimizin yüksək səviyyəli komandirlərini məhv etmişik və biz dayanmayacağıq”.

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.

Check Also

Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq …