Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İsrail-HƏMAS müharibəsinin adı dəyişir

İsrail hökumətinin adlar üzrə komissiyası qarşıdan gələn həftə HƏMAS-la müharibəyə yeni adın seçilməsi məsələsini müzakirə edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin “Kan Bet” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, komissiyaya bu adlar təklif olunub: “Yaradılış müharibəsi” (Tövratın birinci kitabının adından götürülüb), “Tövratın Simxat (müharibənin başlandığı gün – red.) müharibəsi”, “Dirildən ruhun müharibəsi”.

Məlumata görə, adlar üzrə hökumət komissiyası təbiət elmləri, tarix, coğrafiya, arxeologiya, yəhudilik, ivrit dili, ərəb dili üzrə mütəxəssislərdən, habelə hökumət başçısı, Müdafiə, Daxili İşlər, Nəqliyyat nazirlikləri, Kartoqrafiya Mərkəzi, Yəhudi Milli Fondu və Təbiəti Mühafizə və Milli Parklar İdarəsi nümayəndələrinin daxil olduğu ictimai qurumdur.

Xatırladaq ki, hazırda HƏMAS-a və başqa silahlı qruplaşmalara qarşı davam edən müharibə “Dəmir qılınc” adlanır.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …