Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib

Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgər həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Vurğulanıb ki, Qəzza zolağında və Fələstin anklavı sərhədləri boyunca əməliyyatın başlanmasından bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb.

Beləliklə, Qəzza sektorunda vəziyyətin gərginləşdiyi 2023-cü ilin oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 723 nəfərə çatıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …