Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə zərbə endirdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə silsilə zərbələr endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

“İsrail Müdafiə Qüvvələri İran rejiminin silah istehsal imkanlarını pozmaq üçün geniş hücum dalğasını tamamlayıb. Bu gün Tehrandakı Qüds Qüvvələri, İnqilab Keşikçiləri və İran Ordusunun infrastrukturuna qarşı həyata keçirilmiş geniş hücum dalğasının davamı olaraq İran ərazisində çoxsaylı silah istehsalı obyektlərinə hücumlar edilib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl “Sepah” kəşfiyyat rəisi və onun silahdaşlarının öldüyünü təsdiqləmişdi.

Check Also

Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət etdi

İran prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, o, X hesabında …