Bazar , 11 Yanvar 2026
Drone Cameras

İsrail Ordusu Livanda “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib

İsrailin Müdafiə Ordusu Livanın Bekaa bölgəsində radikal “Hizbullah” hərəkatının strateji silah istehsalı və anbarı obyektinə zərbələr endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

Hərbçilər bəyanatda qeyd ediblər ki, İsrail Ordusu “Hizbullah”ın ərazidə mövcudluğunu və fəaliyyətini bərpası cəhdlərini müəyyən edib. “Bundan əlavə, Livanın cənubundakı Şrifa bölgəsində “Hizbullah”ın əlavə hərbi hədəflərinə də hücum olunub”, – nazirlik əlavə edib.

Mətbuat xidməti bildirib ki, “Hizbullah” yaraqlılarının belə fəaliyyəti və bu ərazilərdə silahların olması İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasını göstərir. “Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək” və “Hizbullah”ın terror potensialını bərpa etmək cəhdlərinin qarşısını alacaq”, – Mətbuat xidməti vurğulayıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …