Bazar , 8 Fevral 2026
Drone Cameras

İsrail Ordusu Suriyanın cənubunda Əsəd qüvvələrinin mərkəzi qərargahını söküb

İsrail Ordusunun 810-cu briqadasının bölmələri Suriyanın cənubunda keçmiş prezident Bəşər Əsədin dövründə Hermon dağı bölgəsində Suriya ordusunun mərkəzi qərargahı kimi istifadə olunan hərbi mövqeni aşkar edərək söküb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“810-cu briqadanın qoşunları, o cümlədən desantçılar və “Yahalom” mühəndis bölməsi, keçmiş Suriya rejimi dövründə Hermon dağı bölgəsinə cavabdeh olan bölmənin mərkəzi qərargahında əməliyyatı başa çatdırıb. Əməliyyat çərçivəsində qoşunlar keçmiş Suriya rejiminə məxsus hərbi infrastruktur, o cümlədən bunkerlər, həmçinin toplar, buraxıcı qurğular, minaatanlar, raketlər, partlayıcı qurğular və minalar daxil olmaqla çoxlu sayda silah-sursat aşkar ediblər”, – məlumatda bildirilib.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …