Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib

İsrail hərbçiləri Yəmən tərəfindən atılan raketi hava məkanına çatmamış zərərsizləşdirib.

Boyukmillet com-un məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti xəbər yayıb.

“Qüds və Ölü dəniz bölgələrində sirenlər işə salındıqdan sonra Yəməndən atılan raket ölkə ərazisinə keçmədən zərərsizləşdirilib”, – məlumatda bildirilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı etdiklərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək sektora, eləcə də Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab zərbələri endirməyə başlayıb, ardından Fələstin anklavında quru əməliyyatı keçirib.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …