Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …