Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

İsrail Qəzzada məktəbə hava zərbələri endirib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbinə hava zərbələri endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail kəşfiyyatı bu məktəbdə HƏMAS yaraqlılarının fəaliyyət göstərdiyini müəyyən edib.

“İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Qəzza şəhərində komanda-nəzarət mərkəzində fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbə endirib. Komanda-nəzarət mərkəzi əvvəllər UNRWA-nın “Şücayyə” məktəbinin olduğu binada yerləşib”, – məlumatda qeyd olunub.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …