Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu əraziyə gedib

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı raket atəşinə tutduğu əraziyə baş çəkib. 

“Report”un Qərb bürosunun məlumatına görə, diplomat erməni terrorunun qurbanlarının xatirəsini yad edib, dağıntıların baş verdiyi yerlərə güllər düzüb. 10:42

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.

Qərb bürosunun məlumatına görə, diplomat ilk olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Daha sonra qonaqlar Ermənistanın Gəncədə törətdiyi terror hadisələrinin baş verdiyi əraziyə baş çəkəcək, qurbanların xatirəsini yad edəcəklər.

Qeyd edək ki, C.Dik səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndində də olacaq.

Check Also

SEPAH Tel-Əvivdəki hökumət kompleksinə hava zərbələri endirir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tel-Əvivdəki hökumət kompleksinə, Hayfadakı hərbi və güc strukturlarının mərkəzlərinə, həmçinin …