Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır

İsrail müxalifəti parlamentə erməni soyqırımını tanımağı nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

Boyukmillet.com axar.az-a istinadən xəbər verir ki, İsrailin Yeş Atid Partiyasının sədri, keçmiş maliyyə naziri Yair Lapid Türkiyəyə qarşı addımlar atılmasını tələb edib.

Lapid ikitərəfli münasibətləri düzəltmək üçün ötən il Türkiyə ilə İsrail arasında imzalanan anlaşmanın diplomatik xəta olduğunu bildirib. O, həmçinin parlamentə erməni soyqırımı ilə bağlı qanun layihəsi təklif olunacağını və İsraildən Türkiyəyə çəkilməsi nəzərdə tutulan qaz boru kəmərinin ləğv edilməli olduğunu açıqlayıb.

“Əgər bəziləri Donald Trampın qərarını bəyənmirsə, bu onların qərarıdır”, – keçmiş nazir bildirib.

 

Boyukmillet.com

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir