Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İsraildə aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 nəfər yoluxub.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 837 971 nəfərə, ölənlərin sayı isə 6 350 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 829 811 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb.

Check Also

Ukrayna Rusiyada raket və aviasiya bombaları üçün batareya istehsal edən zavodu vurub

Ukrayna Ordusu Rusiyanın Lipetsk vilayətində raket və aviasiya bombaları üçün batareyalar istehsal edən “Energiya” zavodunu …