Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İsraildə atışma zamanı 7 nəfər yaralanıb

İsraildə “Ağlama divarı” yaxınlığında atışma nəticəsində 7 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərdən ikisi ağır yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Qeyd edilir ki, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda, həmçinin kral Davudun məzarının yanındakı dayanacaqda olub.

Cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Qəzet polisə istinadən qeyd edir ki, hadisə terror aktı kimi qiymətləndiriləcək.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …