Cümə , 22 Noyabr 2024
Drone Cameras

İsrailin Azərbaycana sayğısı yəhudilərə münasibətdən qaynaqlanır

“Azərbaycan-İsrail münasibətlərinin intensivləşməsi regionda yeni bir balansın yaranmasını sürətləndirəcək.”

Bu barədə bayraqdar.info-ya verdiyi açıqlamada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, ankarabaku.com saytının baş redktoru, yazıçı-jurnalsist Oktay Hacımusalı deyib.

Oktay Hacimusalı bildirib ki, dərin tarixi əlaqələrə malik Azərbaycan-İsrail münasibətləri bu gün artıq fərqli bir müstəviyə qədəm qoyub: “Regionda şanlı qələbəmizdənlə işğaldan azad edilən ərazilərimizdə baş tutacaq quruculuq, abadlıq işlərinə İsrail şirkətləri maraq göstərir. Bunun altında yatan səbəblərdən biri kimi ölkəmizdə mövcud olan multikultural dəyərlər toplusunda yəhudi vətəndaşlarımızın öz yerinin olmasını göstərə bilərik.

“Dünyanın müxtəlif yerlərində yəhudilər dini və irqi ayrı seçkiliyə məruz qalsa da, ölkəmizdə əsrlərdir sülh şəraitində yaşayırlar. Bu da İsrailin Azərbaycana xüsusi sayğı ilə yanaşmasına səbəb olur”.

Yazıçı-jurnalist eyni zamanda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin bir neçə gün öncə İsrailin nüfuzlu “İsrail Hayom” qəzetinə verdiyi müsahbəyə də toxunub. O, bu müsahibənin ölkələrimiz arasında münasibətlərin gələcəyi barəsində dolğun məlumat əldə etməyimizə şərait yaratdığını deyib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …