Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

İsrailin Azərbaycandakı səfiri: “Azərbaycan İsraillə strateji əlaqələr quran dövlətlərdən birincisidir”

“İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan isə İsrail ilə strateji əlaqələr quran dövlətlərdən birincisidir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

“Biz enerji daşımalarının şaxələndirilməsi, iqtisadi əlaqələr və regional təhlükəsizliyin təmin edilməsi kimi mühüm vəzifələr üzərində birlikdə çalışırıq. Xalqlarımız arasındakı bu isti münasibətlər turizm, tikinti, biznes sahələrində və dinlərarası əlaqələrdə də aydın görünür. Gələcəyin qarşımıza qoyduğu çağırışlarla üz-üzə dayanaraq, su mənbələrinin təhlükəsizliyi, bərpa olunan enerji, yüksək texnologiyalar, innovasiyalar və digər sahələrdə də əməkdaşlığımızı möhkəmləndirmək fikrindəyik”, – diplomat bildirib.

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …