Çərşənbə , 4 Mart 2026
Drone Cameras

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib

İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib. Tədbirdə İsrailin maliyyə naziri Avidqor Liberman iştirak edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsindəki paylaşımda deyilir.

“Holokost zamanı qətlə yetirilmiş 6 milyon yəhudini yad edirik. Səfirlik Yom Haşoa günü (Holokost qurbanlarının anım günü) münasibətilə Azərbaycanda tədbir keçirib. Tədbirdə maliyyə naziri Avidqor Liberman da iştirak edib”, – paylaşımda deyilir.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …