Cümə , 27 Mart 2026
Drone Cameras

İsrailin Livana PUA zərbəsi nəticəsində səhra komandiri öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda “İslam Müqaviməti” döyüşçülərini daşıyan avtomobilə zərbə endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum Beyrutdan 50 km məsafədə Zəhrani ərazisində magistral yolda baş verib.

Bildirilib ki, həlak olan səhra komandirinin şəxsiyyəti bəlli deyil.

Qeyd edilib ki, ölən şəxsin “Hizbullah”a, yoxsa HƏMAS-a mənsub olduğu hələlik məlum deyil.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …