Çərşənbə , 4 Mart 2026
Drone Cameras

İsrailin sabiq Baş naziri Azərbaycan Prezidentinə məktub göndərib 

2006-2009-cu illərdə İsrailin Baş naziri olmuş Ehud Olmert Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Boyukmillet.com  xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi X Qlobal Bakı Forumu çərçivəsində Sizinlə görüşümüzü məmnunluqla xatırlayır və Zati-alinizə dərin minnətdarlığımı bildirirəm.

Bu unudulmaz görüşün qəlbimdə yaratdığı xoş təəssüratla Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Bu əlamətdar gün münasibətilə Tanrıdan Sizə və Azərbaycan xalqına xoşbəxtlik və uğurlar diləyirəm”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …