Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs başlayıb

İsraillə HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs rejimi noyabrın 24-ü saat 9-dan (Bakı vaxtı ilıə – red) başlayıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, əldə edilən razılaşmaya əsasən, 13 nəfərdən ibarət ilk girov noyabrın 24-də saat 18-də Qəzza Zolağından çıxarılacaq.

Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.

Razılaşmaya əsasən, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad ediləcək. İsrail də öz növbəsində iki mübadilədə zamanı 300 fələstinli məhbusu azad edəcək.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …