Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İstanbulda əməliyyat: 366 kq narkotik ələ keçirilib, həbs olunanlar var

Türkiyənin İstanbul vilayətində narkotacirlərə qarşı əməliyyat keçirilib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında yazıb.

Onun sözlərinə görə, əməliyyat nəticəsində 366,5 kiloqram narkotik maddə ələ keçirilib. Onun 322 kiloqramı metamfetamin, 44,5 kiloqramı skunkdur. Bundan başqa, 1 milyon 572 min ədəd narkotik tərkibli həb və 492 kiloqram kimyəvi qatqı maddəsi ələ keçirilib.

Əməliyyat zamanı saxlanılan 9 şübhəlidən 6-sı həbs olunub, digər şübhəlilərlə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, İstanbul Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri Güngören, Şişli, Beylikdüzü və Bayrampaşa rayonlarını əhatə edib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …