Şənbə , 31 Oktyabr 2026
Drone Cameras

İstanbulda çökən binanın memarı və tikinti rəhbəri barəsində həbs qərarı verilib

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, hələlik binanın çökmə səbəbi məlum deyil. İstintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çökməsi nəticəsində 2 nəfər həyatını itirib. Hadisə nəticəsində 10 nəfər xilas edilib, 2 nəfərin isə dağıntılar altında axtarışları davam etdirilir.

Check Also

Samara vilayətindəki iri neft emalı zavoduna PUA-larla hücum edilib

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna hücum …