Cümə axşamı , 12 Mart 2026
Drone Cameras
Table of scrap gold being inspected.Focal point on the two bracelets.

İstanbulda irimiqyaslı əməliyyat – milyonlarla dollarlıq zinət əşyaları və antik əşyalar müsadirə edilib

İstanbul polisi almaz qaçaqmalçılığı ilə bağlı araşdırma zamanı Kapalı Çarşıda təxminən 30 milyon dollar dəyərində zərgərlik məmulatları və antik əşyalar müsadirə edib.

Bu barədə Boyukmillet.com “AP News”a istinadən məlumat verib.

“Əməliyyat ilkin olaraq Türkiyəyə qiymətli daşların qaçaqmalçılığında şübhəli bilinən 10 nəfərin saxlanılmasından sonra başlanıb”, – məlumatda bildirilib.

İstanbul Baş Prokurorluğunun əmri ilə polis XV əsrə aid qapalı bazarda 23 ticarət nöqtəsində axtarış aparıb və daha 40 nəfəri həbs edib.

Polis 1,25 milyard türk lirəsi (30,5 milyon ABŞ dolları) dəyərində təxminən 135 ədəd zərgərlik məmulatı, 1132 qiymətli metal külçə və 267 tarixi artefakt, eləcə də odlu silahlar və rəqəmsal materiallar müsadirə edib.

Bazar dünyada turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir və burada minlərlə kiçik mağaza yerləşir.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …