Cümə , 27 Mart 2026
Drone Cameras

İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Davamlı sülhə gedən yeganə yol dialoqdan keçir”, – o yazıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …