Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İsveç səfiri Gəncədə Vətən müharibəsi zamanı raket hücumuna məruz qalmış ərazidə olub

Gəncədə səfərdə olan İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş ərazilərə baş çəkib.

Boyukmillet.com xəbər verir ki, diplomat Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb.

İsveç səfiri burada şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə və xatirə lövhələri önünə tər qərənfillər düzüb, ehtiramını bildirib.

Tobias Lorentzsona Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu cinayətlə bağlı məlumatlar verilib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …