Bazar , 11 Yanvar 2026
Drone Cameras

İsveçdə İran əleyhinə çağırış: kampaniya başladı

İsveç parlamentinin İran əsilli nümayəndəsi Əlirza Axundinin turistləri İrana səfərdən imtina etməyə çağırmasından sonra onun təklifinə dəstək kampaniyası başladılıb.

Boyukmillet.com xəbər verir ki, xaricdə yaşayan iranlılar sosial mediada paylaşımlar edərək, iranlıları və başqa ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırırlar.

Onlar İran hökumətinin turistlərdən maddi gəlir əldə etməklə yanaşı, səfərlərdən istifadə edərək ölkəni təhlükəsiz göstərməyə çalışdığını yazırlar.

Çağırışlar xüsusən 2022-ci ilin sentyabrında başlayan ümumxalq etiraz aksiyalarından sonra İrana xarici turistlərin sayının kəskin azalması, hakimiyyətin bundan təşviş keçirməsi ilə eyni vaxta təsadüf edir.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …