Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İsveçin XİN başçısı: “PKK-ya dəstəyimizdən sonra Türkiyə ilə NATO barədə danışıqlar çətinləşib”

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Sol Partiyasını təmsil edən bəzi deputatların terrorçu PKK-nın bayraqları ilə fotolar çəkdirməsindən sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqlarının çətinləşdiyini bildirib.

Bu barədə Boyukmillet.com “Aftonbladet” qəzetinə istinadən xəbər verir.

“Sol Partiya deputatlarının terror təşkilatı PKK-nın bayrağını dalğalandırmasından sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqları çətinləşdi”, – nazir deyib.

“Türkiyə mediası bu və buna bənzər hadisələri davamlı olaraq gündəmə gətirir. İsveç qanunlarına əsasən deyirik ki, bu, ifadə azadlığıdır. Amma düşünürük ki, bu, hökumət üçün çox yersiz bir vəziyyətdir”, – Ann Linde vurğulayıb.

“İclas əvvəlcə İsveçdə olmalı idi, bəzi səbəblərə görə Finlandiyaya köçürüldü. Terrorizmlə mübarizədə daha sıx əməkdaşlıqla bağlı olan sazişin həyata keçirilməsi istiqamətində görülən işlərə nəzər salınıb”, – “Türkiyə, Finlandiya və İsveçin imzaladığı razılaşma çərçivəsində avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilən Daimi Ortaq Mexanizmin ilk iclasını dəyərləndirən Linde deyib.

Qeyd edək ki, Sol Partiyanın deputatları Daniel Riazat, Momodou Malkom Callou və Lorena Delqado Varas daha əvvəl Visbi şəhərində terror təşkilatı YPG/PKK-nı simvolizə edən bayraqlarla şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar.

Bundan sonra Baş nazir Maqdalena Andersson, terror təşkilatını simvolizə edən parçalarla poz verən Sol Partiya deputatlarını qınayıb. Baş nazir 11 sentyabrda keçiriləcək ümumi seçkilərdən sonra terror təşkilatı PKK-nın bayrağını dalğalandıran Sol Partiya ilə müttəfiqliyi planlaşdırmadıqlarını bildirib. O, seçkidən sonra qurulacaq hökumətə toxunaraq Sol Partiya ilə əməkdaşlıq etməyəcəklərini vurğulayıb. “Terror təşkilatı bayrağının dalğalanması hökumətin xeyrinə deyil”, – Baş nazir hələ bir neçə gün əvvəl belə bir xəbərdarlıqla çıxış edib

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …