Cümə , 22 Noyabr 2024
Drone Cameras

İsveçrədəki Azərbaycan diasporu Cenevrədəki erməni təxribatını sərt şəkildə pisləyib

İsveçrədə yaşayan Azərbaycan icması erməni diasporunun Cenevrədəki Palexpo kitab sərgisində törətdiyi təxribatla bağlı təşkilatçılara rəsmi müraciət edib.

Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məktubda bildirilib ki, Qarabağ iqtisadi rayonu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşir. Amma Cenevrənin Lozanna küçəsində yerləşən “Armenie Culture & Saveurs” mərkəzi kitab sərgisində bu ərazi haqqında qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında yolverilməz materiallar təbliğ edir. Bu səbəbdən Azərbaycan icması erməni diasporunun davam edən irqçi və separatçı təxribatlarına ən kəskin etirazını bildirir.

Nəzərə çatdırılıb ki, Azərbaycan 2020-ci ilin payızında BMT-nin 4 qətnaməsini yerinə yetirərək, Ermənistanla 44 gün davam edən müharibə ərzində Dağlıq Qarabağ və ona bitişik 7 rayon üzərində öz suverenliyini bərpa edib: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu zəbt etmək üçün Ermənistanın hərbi qüvvələrdən istifadə etdiyi, üstəlik, etnik təmizləmə apardığı və Dağlıq Qarabağda irqçi azlıq rejimi qurduğu hər kəsə məlum faktdır”.

İcmamız qeyd edib ki, çoxmillətli və multikultural İsveçrə azərbaycanlıların ikinci vətəninə çevrilib. Amma soydaşlarımız erməni icmasının Azərbaycana və onun ərazi bütövlüyünə qarşı artan gərgin və düşmən münasibətindən narahatdır: “Biz “Armenie Culture & Saveurs” mərkəzinin “Salon du Livre” kitab sərgisində Azərbaycan dövləti əleyhinə təbliğat aparmasını və davam edən bu separatizmə hər cür dəstəyi qətiyyətlə pisləyirik”.

Qeyd edək ki, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası erməni təxribatı ilə əlaqədar etiraz bəyanatı yayıb.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …