Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İtaliyada 2010-cu ildən axtarışda olan mafiya başçısını həbs ediblər

İtaliya polisi 2010-cu ildən axtarışda olan ölkənin ən böyük mafiya qruplaşması “Ndrangeta”nın başçısı Marçelo Peşeni həbs edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Peşe İtaliyanın cənubunda yerləşən Kalabriya vilayətinin Rozarno şəhərində saxlanılıb. 52 yaşlı mafioz tutularkən silahsız olub və polisə müqavimət göstərməyib.

“Ndrangeta” mafiya qruplaşmasının ilk liderlərindən olan Marçello Peşe cinayət yolu ilə əldə edilmiş pulların “yuyulmasında”, İtaliyanın Lombardiya vilayətində qeyri-qanuni narkotik satışının həyata keçirilməsində günahlandırılır. Apelyasiya məhkəməsi onu 16 il həbs cəzasina məhkum edib.

İtaliyanın daxili işlər naziri Anjelino Alfano polisi əməkdaşlarına uğurlu əməliyyata görə minnətdarlığını bildirib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir