Cümə , 5 Dekabr 2025
Drone Cameras

İtaliyanın Baş naziri Beynəlxalq Cinayət Məhkəməsinə verilib

İtaliyanın Baş naziri – Nazirlər Şurasının sədri Ciorcia Meloni Qəzzadakı insan ölümlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verilib.

Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir.

“Məni, müdafiə nazirini (Quido Krosetto – red), xarici işlər naziri Antonio Tayanini və “Leonardo” şirkətinin baş direktoru Roberto Çinqolani soyqırımda iştiraka görə Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə veriblər. İnanıram ki, dünyada və ya tarixdə başqa belə bir ittiham yoxdur”, – Baş nazir iddianı şərh edərkən bildirib.

O, həmçinin siyasi rəqiblərini “Fələstin məsələsindən” daxili siyasi məqsədlər üçün istifadə etməkdə açıq şəkildə ittiham edib.

Daha əvvəl, oktyabrın 4-də İtaliyada Fələstini dəstəkləyən etirazlarda 500 mindən çox insanın iştirak etdiyi bildirilirdi. Etirazlar polislə toqquşmaya çevrilib, aksiyaçıların saxlanılması ilə nəticələnib.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …