Cümə , 27 Mart 2026
Drone Cameras

İyulun 5-dən təşkilatlar işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır

“5 iyul tarixindən bütün icazələr silinəcək. Hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Aparılan təhlillər onu göstərir ki, bəzi təşkilatlar icazə portalından sui-istifadə edirlər. Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib”, – o bildirib.

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …