Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım Ictimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə pandemiya dövrünü əhatə edən “Jest dilində məlumatlandırma” layihəsi çərçivəsində hazırlanan daha bir məlumatlandırma video roliki.
Layihə rəhbəri Cəmilə Çingizqızı.
“Jest dilində məlumatlandırma” layihəsi çərçivəsində, eşitmə məhdudiyyəti olan şəxslər üçün bir çox məlumatlandırma video roliklərini Jest dilinə tərcümə edilərək sosial mediada işıqlandırmışıq. Bu məlumatlar Pandemiya dövrünə, uşaqlara internetdən düzgün istifadə, muzeylərə virtual səyahətə aid olmaqla yanaşı həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının #Evdəqalaqbilgialaq, #evdəqalcəmiyyətiqoru şüarlarına dəstək olaraq eşitmə məhdudiyyəti olan şəxslər üçün hazırlanıb. Bu dəfəki rolik isə eşitmə məhdudiyyəti olan şəxslərə, alış veriş edərkən ƏDV – nin necə geri qaytarılmasına köməklik məqsədilə hazırlanıb. Bu video da bu günün tələbinə uyğun bir rolikdir.