Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Jirinovski: “Ərdoğan İngiltərə ilə “Turan ordusu” qurur”

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski indi də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.

Boyukmillet.com xəbər verir ki, avqustun 8-də “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” proqramın canlı efirində o dünyadakı vəziyyəti təhlil edərkən, Rusiyaya qarşı ciddi əks-təbliğat aparıldığını deyərək, İngiltərəyə və Türkiyəyə yönəlik ittihamlarla çıxış edib.

LDPR lideri deyib ki, dünyada baş verən əsas hadisələrin arxasında İngiltərə və ingilis kəşfiyyatı dayanır. Onun sözlərinə görə, Qarabağdakı müharibəni də Türkiyə İngilətərənin dəstəyi ilə edib. Siyasi şərhçi Zaur Məmmədovun sözlərinə görə Jirinovski bu dəfə də əndazəni aşıb: “LDPR lideri sərsəmləməsini davam etdirərək, Türkiyəni “İngilətərənin morionetkası” adlandırıb. O deyib ki, Türkiyə M6-nın(İngilis kəşfiyyatını) Rusiyaya qarşı oyununda yer alır, böyük “Turan ordusu” ideyası da İngiltərə kəşfiyyatı hazırlayıb ortaya atıb və “özünü sultan hesab edən” Ərdoğan da bu siyasəti aparır. Jironovski deyib ki, Ərdoğan hələ də gerçəkliyi qəbul edə bilmir və özünü Osmanlı imperiyasının sultanı kimi görür”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …