Cümə , 29 Mart 2024
Drone Cameras

Jurnalistin gizli səs yazısını “reket”ə kim verib? – Hakim Rafiq Məmmədov bu məsuliyyətin altından necə çıxacaq?

Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə adı “qara siyahıya” salınaraq “reket” elan olunan demokratik.az adlı domenin istifadəçisi, xaricdən Azərbaycana qarşı hədyanlar yağdıran, ölkənin simvollarını təhqir edən Qurban Məmmədovun internet televiziyasında ekspertlik edən, Göygöl rayon sakini Rzayev Osman Nəriman oğlu ilə məhkəmə prosesinin yekunlaşdığı barədə məlumat vermişdim.


Məhkəmə Osman Rzayevin barəmdə yaydığı məqalələri internet resurslarından silmək, təkzib vermək və mənəvi ziyana görə 200 manat ondan tutularaq, mənə ödəmək barədə qərar çıxarsa da, qərarla razı deyiləm. Əvvəlcədən deyim ki, hakim Rafiq Məmmədov bu məsələdə açıq şəkildə Osman Rzayev kimi “reket”ə tərəfkeşlik edib, qanunun normalarını pozaraq, onun barəsində çox ədalətsiz qərar çıxarıb.


Təbiidir ki, bütün bunlar barədə Məhkəmə Hüquq Şurasına ünvanlayacağım şikayətdə ətraflı bəhs edəcəm. Sual oluna bilər: hakimin bir ” reketi” bu şəkildə müdafiə etməkdə hansı marağı ola bilər? Proses ərzində bunun cavabını tapmışam. Osman Nərimanoğlu rayondakı idarə və müəsissələri cana yığıb, onlardan pul tələb etdiyinə görə, onun barəsində məhkəməyə bir neçə şikayət edilib. Rayon Suvarma İdarəsinin müdiri Mətbuat Şurasında etdiyi şikayətdə Osmanın ondan necə pul tələb etməsi barədə ətraflı bəhs edib.


Bütün bu məzmunlu şikayətlərin əksəriyyəti məzh bizim işə baxan hakim – Rafiq Məmmədovun icraatında olub və hamısında Osmanın əleyhinə qərarlar çıxarılıb. Osman Nərimanoğlunun istifadə etdiyi demokratik.az adlı domendə məhz bu hakimlə bağlı bir neçə tənqidi material dərc edilib. Hakim Rafiq Məmmədovun əlinə Osmanla münasibətləri normallaşdırmaq və onun şantajlarından qorunmaq üçün çox gözəl şans düşüb və mənimlə bağlı prosesdə domen istifadəçisi ilə münasibətlərini qaydaya salmaq istəyib.


Hakim qərarda yazır ki, Məhəmmədəli Qəribli proseslərdə iştirak etməyib. Yalan deyir, mən prosesdə iştirak etmişəm və hakimin nəzərinə çatdırmışam ki, yol uzaqdı, gündəlik qəzetdə işləyirəm, buna görə də, gəlib-gedə bilməyəcəm, prosesə mənim iştirakım olmadan baxılsın. Hakim də bununla razılaşıb. Sonra hakim müxtəlif vasitələrlə mənə xəbər göndərərək ərizəmi geri götürməyi xahiş edirdi. Səbəbini də belə izah edirdi ki, Osman ondan yazır, yenidən onunla bağlı mənfi qərar vermək istəmir.


Mənim israrlı tələblərimdən sonra, hakim işə baxmağa məcbur oldu. Hətta məhkəmənin sədri də bu prosesdə xüsusi maraqlı olub. Bütün bunlar barədə burada ətraflı danışmaq istəmirəm, cənəb Fikrət Məmmədova edəcəyim şikayətdə hamısına detallı toxunacam. İndi isə Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovun etdiyi növbəti kobud bir qanun pozuntusunu diqqətinizə çatdırmaq istəyirəm. Mən prosesdə iştirak edəndə, biz hakimdən xahiş etdik ki, prosesin ya lentə alınmasına, ya da səs yazısının qeydə alınmasına icazə versin.


Vəsatətimizi rədd etdi və nəzarətçilərə göstəriş verdi ki, telefonlarımız alınsın. Gözümüzün qabağında Osmanın da telefonunu aldılar. Yəni prosesdə səs yazısına icazə verilmədi. Ancaq məhkəmə yekun qərar verəndən sonra, Osman Nərimanoğlu istifadə etdiyi demokratik.az adlı domenində mənim məhkəmədəki çıxışımın tam səs yazısını paylaşıb. Həmin çıxış tam mənə məxsusdu, hər kəlməsinin də arxasında dururam və şərh bölümündə onu özüm də paylaşacam.


Maraqlı olan başqa məsələdi. Söhbət hakim Rfaiq Məmmədovla “reket” jurnalistin sıx əməkdaşlığından gedir. Həmin prosesdə başqa adam olmayıb. Bizim qurğularımız əlimizdən alınıbsa, deməli, mənim çıxışımn səs yazısını hakim Osmana verib. Başqa variant ola bilməz. Görəsən hakim Osmanın hansı şantajlarına görə, ona belə xidmət göstərmək öhdəliyini üzərinə götürüb. Əgər Rafiq Məmmədov mənim dediklərimlə razılaşmırsa, onda buyurub məsələyə aydınlıq gətirsin. Onun səs qeydlərini qadağa etdiyi bir prosesdəki çıxışımın tam səs yazısı Osmanın əlinə necə keçib?

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …