Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Jurnalistlərə xarici dil iradı: “Bu işin öhdəsindən gələ bilmirlər”+VİDEO

Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” tok-şousunda bloqerlik, azərbaycanlı bloqerlərin fəaliyyəti müzakirə olunub.

Jurnalist Aygün Muradxanlı bildirib ki, bloqerlərin yaydığı məlumatı xəbər kimi qəbul etmək olmaz: “İstənilən məlumat rəsmi səviyyədə təsdiqləndikdən sonra xəbərdir. Bu, o demək deyil ki, bloqerlərə qarşıyıq, əlbəttə, müxtəlif mövqelərin olması fikir azadlığını təşviq edir”.
“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli deyib ki, bloqerlik fəaliyyəti bu gün dünyada əsasən sosial şəbəkələrdən aparılır: “Onlar köşə yazarlarıdır. Biz bloqerlərdən xəbər gözləyə bilmərik”.

“Bakı xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli deyib ki, təəssüf ki, beynəlxalq arenaya çıxa biləcək peşəkar jurnalist və bloqerlərimiz çox azdır: “Üç dildə yaza bilən barmaqla sayıla biləcək qədər jurnalistimiz var. Olanlar da jurnalistikadan gedir. Bir neçə dildə xəbər yayan saytlar bu işin öhdəsindən kifayət qədər peşəkar səviyyədə gələ bilmirlər. Xəbərlərin çoxu “Google translate” proqramında tərcümə olunur”.

“Yeni çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, azərbaycanlı jurnalistlər şəxsi münasibətlər sayəsində dünya mediasında çıxır: “Xarici media ilə əməkdaşlıq əlaqələrində xeyli geri qalırıq. Əlaqələr yalnız ikili, şəxsi əlaqələrdir”.
Verilişin informasiya dəstəkçisi “BakuPost” saytıdır.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …