Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Jurnalistlər Ağdamda mədəni irs obyektlərinin durumu ilə tanış olacaqlar

Bir qrup kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfəri başlayıb.

“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, məqsəd Ağdam şəhərinin mərkəzində yerləşən mədəni irs obyektləri ilə tanışlıqdır.

Səfər çərçivəsində Ağdam ərazisindəki Cümə məscidi, Çörək muzeyi, inzibati bina, Şahmat evi, Dram Teatrı, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı kəndindəki məscid, Şahbulaq qalası və məscidinə baxış keçiriləcək.

Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …