Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Jurnalistlərin parlamentə buraxılmadığı bildirilir

Milli Məclis məlumatı təkzib etsə də, jurnalistlər əksini deyir

Jurnalistlərin Milli Məclisin noyabrın 29-da keçirilən növbəti plenar iclasına buraxılmadıqları bildirilir.

Bu barədə jurnalist Aytən Məmmədova istifadəçisi olduğu sosial şəbəkədə yazıb.

“Yəqin, spiker Sahibə (Qafarova-red.) xanım keçən iclasda olanlara görə deputatları danlayır ki, bura problem danışmaq yeri deyil, inkişafdan danışmaq lazımdır. Məclis xalqın məclisi olmayanda belə olur”, – jurnalist qeyd edib.

Jurnalist Murtuza Bünyadlı da Milli Məclisə buraxılmadığı haqda sosial şəbəkədə yazıb.

“Belə parlament olar? Jurnalisti qapı ağzında saxlamaq nə deməkdir? Sadəcə, deməyə söz yoxdur”, – Murtuza Bünyadlı bildirib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Mehman Qayıbov Meydan TV-yə deyilənləri təkzib edib.

“Jurnalistlər bu gün hamısı parlamentdədir, Milli Məclisi gedir. İclası işıqlandırıblar. İndi də komitənin iclası olacaq, onu işıqlandıracaqlar”, – mətbuat xidmətindən bildirilib.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı Meydan TV-yə məsələdən xəbərsiz olduğunu deyib:

“Qayda var, akreditə olan jurnalistlər plenar iclaslarda, komitə iclaslarında iştirak edə bilirlər”.

Check Also

Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edildi

İctimai fəalın evi müsadirə  olunub İki ildən çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev …