Azərbaycanın işğal olunmuş Kəlbəcər bölgəsində məskunlaşan ermənilər ərazini kütləvi şəkildə tərk edirlər.
Boyukmillet.com xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzalaığı bəyanata əsasən, rayonun təhvil verilməsinə hazırlıq gedir.
Erməni mətbuatı Kəlbəcərdə məskunlaşanların ərazini tərk etdiklərini, şimal yolunda maşın karvanlarının hərəkət etdiyini və sıxlıq yarandığını yazır.
Minik maşınları ilə bərabər çox sayda yük maşınlaır və mikroavtobuslar da Ermənistan istiqamətində hərəkət edir. Dünən yayılan məlumatlara görə isə ermənilər ərazini tərk edərkən meşələrə və evlərinə od vurur və bunu etiraf edirlər. /Cebhe.info/