Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlanıb – VİDEO

Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb.

Boyukmillet.com xəbər verir ki, mina Müdafiə Nazirliyinin minaaxtaran hərbçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində aşkar olunub.

Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər iştirak edirmiş. Heyəti daşıyan avtobus yolunun üzərindəki tank əleyhinə minanı qəhrəman minaaxtaran əsgər Mərdalı Fərhad oğlu Aşurov aşkarlayıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina bura 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə – Kəlbəcərin təhvil verilməsi üçün istənilən vaxtda evlərinə qayıdacaq dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırılıb.

Bu fakt bir daha onu göstərir ki, Ermənistan mülki əhaliyə, Azərbaycan xalqına qarşı mina müharibəsini davam etdirir. Nəzərə almaq lazımdır ki, Ermənistanın bir müddət əvvəl Azərbaycana təqdim etdiyi mina xəritələrinin 80%-i feyk çıxıb. Beləliklə, məlum olur ki, Ermənistan basdırdığı minaların yerini gizlətməklə müharibə cinayətlərini davam etdirmək, yeni-yeni günahsız insanların ölümü məqsədini güdür.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14757 ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə mina olmaqla, 30778 ədəd mina və PHS zərərsizləşdirilib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …