Bazar , 19 Yanvar 2025
Drone Cameras

Kəmaləddin Heydərov: “İlkin ehtimala görə, “Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb”

“Azərsun Sənaye Parkı”nda yanğın 5 min kvadrat metr ərazini əhatə edib.

Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, hazırda 4 min kv. metr ərazidə yanğın söndürülüb. K.Heydərov əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin və texnikasının cəlb edildiyini bildirib.

“Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb. Bu, müəssisənin müşahidə kameralarının videogörüntülərində də var. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirləri olduğundan hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barəsində Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat veriləcək.

Hadisə ciddi olduğuna görə ölkə rəhbəri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat verilmişdir.  

Check Also

İmişli hadisələrində DİN-in yaydığı videonun sürəti niyə azaldılıb?

Yol polisi avtomobilinin 2 şagirdi öldürməsindən sonra İmişlidə başlayan etirazlar ətrafında qeyri-müəyyənliklər davam edir. Nəticədə …