Fermerin zəhməti, qazancı tullantıya gedir. Bu hal Xaçmaz, Quba və Masallı rayonlarında daha geniş yayılıb. Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, əkin sahələri genişlənir, məhsul istehsalı artır və bolluq yarandıqca təklif tələbi üstələyir. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə deyir ki, bu xaotik vəziyyət illərdir baş verir, nazirlik fermerlərə dəstək vermir:
“Bu gün ölkədə ən çox məhsul böyük marketlərdə satılır. Yerli kəndlilər isə öz məhsullarını həmin supermarketlərə verə bilmirlər. Yeganə topdan satış bazar olan “Meyvəli” var ki, onlar da kəndlidən təklif etdiyi qiymətə məhsulu almırlar. Nazirlik kəndliyə məhsulun əkinindən satışına qədər yardımçı olmalıdır. Keyfiyyətli toxum, gübrə əldə edilməlidir, suvarma sistemləri olmalıdır. Daha məhsulunu daşıyan vaxt polis onları saxlayıb incitməməlidir”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
