Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Kəramət Böyükçöl saxlanılıb – DİN açıqlama yaydı

Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, yazıçı “facebook”da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

Polis əməkdaşları bildiriblər ki, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.

Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər: “Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.

Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …